Bu ilin yanvar-mart aylarında Azərbaycan 29,447 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.
1xeber.media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 28,7 % çoxdur.
Hesabat dövründə Azərbaycanın gübrə ixracının dəyəri 29,162 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 39,5 % azdır.
I rübdə gübrə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,74 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,54 %-ni təşkil edib.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.
Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 %, idxal isə 29,3 % azalıb.