Ağdamda 25 yaşlı gənc traktorun aqreqatının altında qalaraq həyatını itirib.
1xeber.media xəbər verir ki,hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən traktora qoşulmuş torpaqüyüdən aqreqatın altında qalıb.
H. Mahmudlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.