Вернуться назад Распечатать

"Sabah"ın aparıcı futbolçusu üz nahiyəsindən xəsarət alıb, sınıq aşkarlanıb

Ötən gün Azərbaycan Premyer Liqasının XXVIII turunda baş tutan “Qarabağ” - “Sabah” oyununda zədələnən Coy-Lens Mikelsin vəziyyətinə aydınlıq gəlib.

Klubdan 1xeber.media-ya bildirilib ki, ilkin müayinənin nəticəsinə görə, hücumçu üz nahiyəsindən xəsarət alıb, sınıq aşkarlanıb.

Qarşılaşma "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.