Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatını dörd medalla başa vurublar.
1xeber.media xəbər verir ki, bunlardan 1-i gümüş, 3-ü isə bürünc mükafatdır.
Avropa çempionatında Hidayət Heydərov (73 kiloqram) ikinci, Əhməd Yusifov (60 kiloqram), Turan Bayramov (66 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) üçüncü yeri tutublar.