Вернуться назад Распечатать

Sançes Avropa Birliyinin İsraillə assosiasiya sazişini ləğv etməsini tələb edib

 İspaniyanın baş naziri Pedro Sançes Avropa Birliyinin İsraillə assosiasiya sazişini ləğv etməsini tələb edib.
Pedro Sançes bildirib ki, Madrid Avropa Birliyinə İsraillə assosiasiya sazişinə xitam verilməsini təklif edəcək. “Avropa Birliyi İsraillə assosiasiya sazişini ləğv etməlidir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, söhbət ölkəyə qarşı düşmənçilikdən getmir.
“Biz İsrail xalqı ilə dost olan bir xalqıq, amma onun hökumətinin hərəkətləri ilə razı deyilik”.
“Beynəlxalq hüququ pozan istənilən hökumət Avropa Birliyinin tərəfdaşı ola bilməz”, - deyə Sançes əlavə edib.