Вернуться назад Распечатать

İran hərbi arsenalının 70 faizini bərpa edə bilər

İranın müharibədən əvvəlki arsenalının 70%-ə qədərini geri qaytarmaq imkanı var.

1xeber.media xəbər verir ki, bu barədə “Nyu York Tayms" məlumat yayıb.

Məlumata görə, Tehran hazırda ölkədəki hücum dronlarının təqribən 40%-nə, buraxılış qurğularının 60%-dən çoxuna və raket qurğularının təxminən 50%-nə malikdir:

"Bu sursatlar Hörmüz boğazının blokadasını uzatmağa imkan verir".