ABŞ İranla onun hərbi potensialına görə münaqişəni davam etdirərsə, fəlakətlə üzləşəcək.
1xeber.media xəbər verir ki, bunu istefada olan amerikalı hərbi analitik və kəşfiyyatçı Skott Ritter X şəbəkəsində yazıb.
"ABŞ İranla müharibənin ilk raundunda sarsıdıcı məğlubiyyətə uğradı. ABŞ Prezidenti Donald Tramp ikinci raunda başlamaq qərarına gəlsə, nəticələr Amerika və onun müttəfiqləri üçün fəlakətli olacaq", - o bildirib.
Ritter həmçinin vurğulayıb ki, Vaşinqton İrana qarşı əməliyyatda bəyan edilmiş məqsədlərin heç birinə, o cümlədən hakim rəhbərliyi dəyişməyə nail ola bilməyib.