Вернуться назад Распечатать

FHN "Neolit"də baş verən yanğının görüntülərini yaydı

Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-in məlumatına görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək”, - qurumun məlumatında deyilir.
"Report"un məlumatına görə, yanğın "Neolit" restoranının anbarında baş verib.