Ermənistan Baş Prokurorluğunun məlumatına görə, KTMT-nin keçmiş baş katibi, general-mayor Yuri Xaçaturovun oğlu axtarışdadır.
1xeber.media xəbər verir ki, ona qarşı xüsusilə külli miqdarda qanunsuz əldə edilmiş daşınmaz əmlakın leqallaşdırılması və çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb.
Qriqori Xaçaturov əvvəllər Ermənistanda 2008-ci ilin mart ayında konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş KTMT baş katibi Yuri Xaçaturovun oğludur. Ermənistanın keçmiş prezidenti Robert Koçaryana da eyni iş üzrə ittiham irəli sürülüb. İş 2008-ci ildə Koçaryanın prezidentlik vəzifəsindən gedərək səlahiyyətlərini seçkilərdə qalib gələn Serj Sarkisyana təhvil verməyə hazırlaşdığı hadisələrlə bağlıdır.