Вернуться назад Распечатать

Azərbaycanda iki internet provayderi bağlandı

Ölkənin rəqəmsal xidmətlər bazarında növbəti dəyişiklik baş verib. Şirkətlərin fəaliyyətini dayandırması ilə provayderlərin ümumi siyahısı yenilənib.

1xeber.media  xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən "Skynet" MMC və "Robonet" MMC bazarı tərk edib. Hər iki şirkətin rəsmi uçotu ləğv olunub.

Qeyd olunan provayderlərdən "Skynet" 2023-cü ilin aprelində, "Robonet" isə 2024-cü ilin yanvarında dövlət qeydiyyatına alınmışdı. Bu iki müəssisənin gedişindən sonra ölkədə uçota alınmış internet operatoru və provayderlərin sayı 194-ə düşüb.

Hazırda bu sahədə fəaliyyət göstərən qurumların qeydiyyatı və prosesin tənzimlənməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən idarə olunur. (APA)