Вернуться назад Распечатать

Deputatlarımız şahmat yarışına gedirlər

Qazaxıstan Respublikası Parlamentinin 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində 23–24 aprel tarixlərində Almatı şəhərində Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Şahmat üzrə Açıq Kuboku keçiriləcək.

1xeber.media bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.

Tədbirdə Milli Məclisin komitə sədrləri Tahir Rzayev, Fazil Mustafa, deputatlar Azər Badamov, Qüdrət Həsənquliyev, Parlament Aparatının əməkdaşları Azər Səmədov və Emin Rəsulzadə iştirak edəcəklər.

Səfər aprelin 25-də başa çatacaq.

Qeyd edək ki, bundan əvvəl Milli Məclis üzvləri və Aparatın əməkdaşları Türkiyədəki futbol yarışmasında iştirak edərək gümüş medal qazanmışdılar.