Вернуться назад Распечатать

Yağıntılar nə vaxt kəsəcək? - Tarix deyildi

Ölkə ərazisində sabah axşama doğru yağıntıların tədricən kəsiləcəyi, aprelin 22-si hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

1xeber.media  xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O deyib ki, yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.