İran azərbaycanlı jurnalist və Gunaz TV kanalının rəhbəri Əhməd Obalı The Jerusalem Post nəşrində dərc olunan məqaləsində İsrailə Əli Laricaninin məhv edilməsinə görə minnətdarlığını bildirib. ABŞ-da yaşayan Obalı vurğulayıb ki, İran Ali Milli Təhlükəsizlik Şurasının mərhum katibi Azərbaycan azlığının sıxışdırılması siyasətinin əsas memarlarından biri olub.
"... Cənubi azərbaycanlı dissident jurnalist kimi mən keçmiş İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanisiz bir dünyada yaşadığıma görə böyük sevinc hissi keçirirəm. O, İran rejiminin siyasətinin mühüm hissəsinin müəllifi, Azərbaycan xalqına qarşı uzun illər davam edən təzyiqlərin simalarından biri idi.
İran farslardan, Azərbaycan türklərindən, kürdlərdən, bəluclardan, Əhvaz ərəblərindən, lurlardan və türkmənlərdən ibarət çoxmillətli dövlətdir. Heç bir etnik qrup əhalinin yarısını təşkil etmir. Cənubi azərbaycanlılar isə əhalinin azı üçdəbirini təşkil edir və məhz buna görə Laricaninin aradan götürülməsi bu qədər önəm daşıyır.
Ümid edirəm və dua edirəm ki, onsuz regionun və dünyanın gələcəyi daha işıqlı olacaq".