1xeber.media xəbər verir ki, ABŞ-da gəzintiyə çıxan cütlük itkin düşmüş üç uşaq anasının qalıqlarına təsadüfən rast gəlib.
Mənbənin məlumatına görə, 15 apreldə səyahətçilər Vaşinqton ştatının Kelso şəhəri yaxınlığında insan sümükləri və bir paltar parçası aşkar ediblər. Növbəti gün şahid axtarış qrupunu dəfn yerinə aparıb. "Demək olar ki, tam bir skelet, çoxsaylı geyim əşyaları və şəxsi əşyalar aşkar edilib", - deyə Kovlitz dairəsi şerif idarəsinin sözçüsü bildirib.