Вернуться назад Распечатать

Tramp Mandelsonun Britaniyanın ABŞ-dəki səfiri təyinatını “pis qərar” adlandırıb

ABŞ Prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteynin dostu Peter Mandelsonun Böyük Britaniyanın ABŞ-dəki səfiri təyin olunmasını tənqid edib.

1xeber.media xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

O bildirib ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtondakı səfir seçimi ilə bağlı səhv qərar verib və səhvini etiraf edib: “Razıyam, bu, həqiqətən də pis seçim idi. Lakin onun özünə gəlməsi üçün kifayət qədər vaxtı olub”.