Вернуться назад Распечатать

Yeni sədr 5 müşaviri və departament rəhbərini işdən çıxardı

TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun müvafiq əmri ilə müşavirləri Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu da tutduqları vəzifələrindən azad olunublar. 

Hələ ki onların yerinə təyinat yoxdur. TƏBİB-in icraçı direktorunun digər əmri ilə Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev də işdən çıxarılıb. 

Qeyd edək ki, Anar Bayramov aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib.