ABŞ prezidenti Donald Tramp bildirib ki, o, İranla müharibədə böyük üstünlüklə irəliləyir və hər şey çox yaxşı gedir.
1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Truth Social platformasında İranla müharibə ilə bağlı ardıcıl paylaşımlar edib.
O, İranla razılaşma əldə edəcəyinə əminliyini ifadə edib və bunun Barak Obama dövründə bağlanmış, sonradan ləğv etdiyi sazişdən “qat-qat yaxşı” olacağını vurğulayıb.
Tramp yazıb: “Bu, bütün dünyanın qürur duyacağı bir razılaşma olacaq. Bu, səriştəsiz və qorxaq rəhbərlik səbəbindən yaşamaq məcburiyyətində qaldığımız illərlə davam edən rüsvayçılıq və alçaldılmanın əvəzi olacaq”.
Tramp həmçinin “zəif və aciz demokratlar”ı, eləcə də medianı sərt tənqid edib.
O, bəzi media qurumlarını “dəhşətli və iyrənc” adlandırıb və onları İran ətrafında baş verənləri düzgün şərh etməməkdə günahlandırıb.
Demokratlarla bağlı Tramp belə yazıb: “Onların ABŞ-ni mümkün olandan daha pis bir saziş bağlamağa tələsdirməsinə imkan verməyəcəyəm”.
O əlavə edib: “Zaman mənim düşmənim deyil. Yeganə vacib olan budur ki, biz nəhayət, 47 ildən sonra digər prezidentlərin cəsarətsizliyi və uzaqgörənliyinin olmaması səbəbindən yaranmış bu xaosu aradan qaldıraq və İran məsələsində edilməli olanı edək”.