“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi bu gün yaranan problemlərlə bağlı sərnişinlərdən üzr istəyib.
1xeber.media xəbər verir ki, bu barədə qurumun sosial media hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
“Sərnişinlərin nəzərinə!
Bakı metropoliteninin fəaliyyəti bərpa olunub. Xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.
Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik”.