İspaniyanın məşhur “Mundo Deportivo” qəzeti Portuqaliyalı mütəxəssis Joze Mourinyonun “Real Madrid”ə mümkün qayıdışı ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
1xeber.media xəbər verir ki, Madrid klubunun rəhbərliyi hazırda “Benfika”nı çalışdıran təcrübəli məşqçinin geri dönüş variantını nəzərdən keçirib və hətta onunla ilkin təmas qurub.
Lakin mənbə vurğulayır ki, tərəflər arasında hələlik rəsmi və əsaslı danışıqlar aparılmır.
Buna baxmayaraq, klubun idarə heyətində sözügedən namizədliklə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Rəhbərliyə yaxın bəzi mənbələr portuqaliyalı mütəxəssisin geridönüş ssenarisini tamamilə istisna edirlər.
Xatırladaq ki, Joze Mourinyo 2010-2013-cü illərdə “Real Madrid”in sükanı arxasında olub və bu müddətdə komanda ilə İspaniya La Liqasının, eləcə də ölkə kubokunun qalibi adını qazanıb.