Вернуться назад Распечатать

AB yenə İsraillə bağlı razılığa gələ bilmədi

Avropa Birliyi (AB) ölkələrinin xarici işlər nazirləri İsrailə qarşı hər hansı sanksiyalarla bağlı növbəti dəfə razılığa gələ bilməyib.

1xeber.media xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

"Bir neçə AB ölkəsi təcavüzkar məskunlaşma ilə bağlı sanksiyalar və İsrail ilə Tərəfdaşlıq Sazişinin dayandırılması təklifi ilə çıxış edib. Lakin biz bunun üçün lazım olan yekdil qərara gələ bilməmişik", - deyə o bildirib.

Qeyd edək ki, AB-nin iki ildən çoxdur ki, İsrailə qarşı sanksiyalar tətbiq etmək cəhdləri uğursuz olur.