Вернуться назад Распечатать

“Zirə” Azərbaycan kubokunun finalına yüksəldi

Azərbaycan kubokunun ilk finalçısı bəlli olub.

1xeber.media xəbər verir ki, “Zirə” həlledici qarşılaşmaya vəsiqə qazanıb.

İlk oyunda 2:0 hesablı qələbə qazanan Rəşad Sadıqovun komandası cavab matçında “Turan Tovuz”la 0:0-lıq heç-heçəyə imza atıb.

Bununla da onlar finala adlayıb. “Zirə”nin rəqibinim adına isə “Sabah” - “Qarabağ” matçından sonra aydınlıq gələcək.