Вернуться назад Распечатать

Əli Əsədov Qazaxıstanda səfərdədir

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 21-də Regional Ekoloji Sammitdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfərə gedib.

Bu barədə 1xeber.media-ya Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Ə.Əsədovu Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Roman Sklyar və digər rəsmi şəxslər qarşılayıblar.