Rusiyanın İtaliyadakı səfiri Aleksey Paramonov Cənubi Avropa ölkəsinin Xarici İşlər Nazirliyinə çağırılıb.
1xeber.media xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani sosial media platforması X-də məlumat verib.
“Teleaparıcı Vladimir Solovyovun Rusiya televiziyasında İtaliyanın Baş naziri Giorgia Meloniyə qarşı verdiyi çox ciddi və təhqiramiz ifadələrdən sonra rəsmi etiraz bildirmək üçün Rusiya səfiri Paramonovu Xarici İşlər Nazirliyinə çağırdım və ona tam həmrəyliyimi və yaxınlığımı bildirirəm”, - deyə paylaşımda bildirilir.