1xeber.media xəbər verir ki, Fransa 8 mayda İkinci Dünya Müharibəsinin bitməsinin qeyd olunmasına Rusiya nümayəndələrini dəvət etməyib.
Diplomatik missiyanın rəhbəri qeyd edib ki, Paris bir neçə ildir Rusiyanı dəvət etmir. "Biz buna müəyyən dərəcədə öyrəşmişik", - deyə o bildirib. Meşkov həmçinin Fransanın nasizm və faşizm üzərində qələbəyə həlledici töhfə verən ölkənin nümayəndələrini dəvət etməkdən imtina etməsini kədərli adlandırıb.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Nürnberq məhkəmələrindən və İkinci Dünya Müharibəsi hadisələrindən öyrəndikləri dərsləri unutmağa çalışdıqları barədə xəbərdarlıq edib. Diplomat bildirib ki, "Tarixi yenidən yazmaq, Sovet İttifaqı xalqlarının və Qırmızı Ordunun Nasist Almaniyasının məğlubiyyətindəki həlledici rolunu azaltmaq, nasistləri və onların əlaltılarını haqlı çıxarmaq və işğalçıları azad edənlərlə eyniləşdirmək üçün kinayəli cəhdlər edilir".