
1xeber.media xəbər verir ki, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) hesabatında xəbərdarlıq edib ki, ABŞ İranla müharibə zamanı arsenalının tükənməsi səbəbindən gələcək münaqişələrdə ciddi raket çatışmazlığı ilə üzləşə bilər.
İddia olunur ki, İrana qarşı əsas dəqiq idarə olunan raketlərin intensiv istifadəsi səbəbindən ehtiyatın doldurulması bir neçə il çəkə bilər. Xüsusilə, Patriot hava hücumundan müdafiə raket ehtiyatı müharibədən əvvəlki 2330 səviyyəsindən 1000-dən çox azaldılıb.
360 ehtiyatdan 190 ilə 290 arasında THAAD tutucu, 90 ehtiyatdan 40 ilə 70 arasında PrSM raketi, 3100 ehtiyatdan 850 Tomahawk raketi və 4000 ehtiyatdan 1000-dən çox JASSM raketi istifadə edilib. CSIS proqnozlaşdırır ki, arsenalın doldurulması 42 ilə 53 ay arasında vaxt aparacaq.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranla atəşkəsi uzatmaq istəmədiyini bildirmişdi. Dövlət başçısı bu məsələ ilə bağlı suala cavab olaraq "Xeyr, mən bunu etmək istəmirəm. Bizim çox vaxtımız yoxdur", - deyə bildirib.