Вернуться назад Распечатать

Kəşfiyyat məlumatları İFŞA OLDU - Rusiya bu tarixdə NATO-ya hücum edəcək

Ukraynadakı hərbi əməliyyatların bitməsindən sonra Rusiya bir il ərzində NATO-ya müqavimət göstərmək üçün kifayət qədər hərbi potensialını artıra bilər.

1xeber.media xəbər verir ki, bu qiymətləndirmə Niderland Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (MIVD) tərəfindən aparılıb.

Bildirilib ki, Rusiya Ukraynada hərbi əməliyyatların dayandırılmasından sonra bir il ərzində ən əlverişli şəraitdə NATO ilə bir növ regional münaqişəyə girmək və alyansa açıq şəkildə qarşı çıxmaq üçün hərbi gücünü xeyli artıra biləcək.

Sənəddə bu mümkün münaqişənin mahiyyəti və ya coğrafi əhatə dairəsi ilə bağlı heç bir izahat verilmir.

Lakin MIVD hesab edir ki, Ukraynada hərbi əməliyyatlar davam etdikcə, Rusiya ilə NATO arasında birbaşa qarşıdurma praktik olaraq istisna olunur.