Bakı metrosunda qatarların hərəkətində ləngimələr olub.
1xeber.media xəbər verir ki, bu gün səhər saatlarında metronun “Memar Əcəmi” stansiyasında sərnişinlər qatarın gəlməsini 9 dəqiqə gözləməli olublar. Nəticədə qatarların qarşısında ciddi sıxlıq müşahidə olunub.
Qeyd edək ki, ötən gün metroda texniki nasazlıq baş vermiş, metronun bütün stansiyalarına giriş məhdudlaşdırılmışdı