Bu gün səhər saatlarında Mehdi Fərid adlı məhbus İsrailə casusluq ittihamına görə edam edilib.
1xeber.media xəbər verir ki, bu barədə İran məhkəmə sisteminə bağlı “Mizan” saytı məlumat yayıb.
İranın Atom Enerjisi Təşkilatının keçmiş əməkdaşı olan Mehdi Fərid 2022-ci ilin qışında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
O, əvvəlcə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən 10 il həbs cəzasına məhkum edilsə də, bir müddət sonra İnqilab Məhkəməsinin 23-cü bölməsində başqa bir məhkəmə prosesindən sonra “İsrailə casusluq” ittihamına görə edam cəzasına məhkum edilmişdi.