Вернуться назад Распечатать

Tramp İranla atəşkəs rejimini qeyri-müəyyən müddətə uzadıb

İran sülh müqaviləsinin şərtlərini qəbul etməsə, müharibəni bərpa etməklə bağlı təhdidlərə baxmayaraq, ABŞ prezidenti Donald Tramp atəşkəsin uzadıldığını elan etdi.

1xeber.media xəbər verir ki, Tramp bombardmanların Pakistanın tələbi ilə dayandırıldığını iddia etsə də, beynəlxalq mətbuat hesab edir ki, bunu etməklə ABŞ münaqişədə təşəbbüsü və üstünlüyü İrana təhvil verib.

Atəşkəsin bitməsindən qısa müddət əvvəl İranla danışıqların pozulmasından sonra ABŞ prezidenti Donald Tramp atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını blokadada saxlayır və iki ölkə arasında vasitəçi kimi çıxış edən Pakistan ABŞ-ı növbəti zərbələrdən çəkinməyə çağırıb.