Вернуться назад Распечатать

FHN-nin bu qurumu 471 min manatlıq avtomobil alır

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti "Auto Azərbaycan” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. 

1xeber.media Qaynarinfo-ya istinadla  xəbər verir ki, müqavilədə minik avtomobillərinin satin alınması nəzərdə tutulur. 
Müqavilənin maliyyə dəyəri 471 400 manatdır. 
Qurum bu məbləğə 7 ədəd sedan tipli minik avtomobili almağı planlaşdırır. Bu halda 1 ədəd avtomobilin qiyməti orta hesabla 67 342 manata düşür. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Auto Azərbaycan” MMC 9 iyul 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 17 352 742 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 118-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğludur. 
"Auto Azərbaycan” şirkəti Azərbaycanda "Hyundai" avtomobil markasının rəsmi eksklüziv distribütorudur.