Bir neçə gün əvvəl evində halı pisləşərək xəstəxanaya yerləşdirilən və əməliyyat olunan İbrahim Tatlısəs artıq evə buraxılıb.
1xeber.media Bakupost.az-a istinadla xəbər verir ki, Tatlısəsə “Vəsiyyətinizi düşünmüsüzmü?” sualı verilərkən o, bütün var-dövlətini dövlətə bağışladığını bildirib.
“Dövlətə bağışladım, övladlarıma bir qəpik də yoxdur. Mən hər şeyi özüm qurmuşam, özüm qazanmışam. Lazım gələrsə, hamısını paylayaram”, - deyə o qeyd edib.