Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə başlayacaq.
1xeber.media xəbər verir ki, Jalə Əliyeva (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) yarışa təsnifat, Birgül Soltanova (65 kiloqram) 1/4 finaldan başlayacaq.
Günay Qurbanova (59 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. Daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar, Nihat Məmmədli (60 kiloqram), Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.