Вернуться назад Распечатать

Şahzadə Kiyevdə - Video

Böyük Britaniya şahzadəsi Harri Kiyevə elan olunmamış səfər edib.

1xeber.media xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb. 

Səfərin məqsədi və proqramı hələ açıqlanmayıb. 

Xatırladaq ki, şahzadə Harri 2025-ci ilin sentyabrında Kiyevə səfər etmişdi. Həmin vaxt o, Ukraynanın Baş naziri ilə görüşmüş, ölkənin bərpasına kömək etmək planlarından danışmışdı. Şahzadənin “Invictus Games Foundation” fondu Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin reabilitasiyasına kömək edir.