Qazaxıstan qarşıdakı dörd il ərzində 5 min kilometrlik yeni dəmir yolu xətti çəkməyi planlaşdırır.
1xeber.media Qazaxıstan hökumətinin məlumatına istinadla xəbər verir ki, Baş nazir Oljas Bektenov bunu Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Konfransının iclasında açıqlayıb.
O bildirib ki, məqsəd 2035-ci ilə qədər tranzit həcmini 100 milyon tona çatdırmaq və Qazaxıstanın Avrasiyada əsas nəqliyyat mərkəzi kimi rolunu gücləndirməkdir.
Baş nazir qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı diqqət mərkəzindədir. Bu işlərin bir hissəsi olaraq, dəmir yolu və liman infrastrukturu modernləşdirilir, Aktau və Kurık limanlarında konteyner tutumu genişləndirilir.
O əlavə edib ki, 2029-cu ilə qədər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca daşımaların həcminin ildə 80 mindən 300 min TEU-ya qədər artırılması planlaşdırılır. Yüklərin çatdırılma müddəti artıq 18 günə endirilib və gələcəkdə 10 günə endirilməsi nəzərdə tutulur. Bektenov, həmçinin rəqəmsal texnologiyaların tətbiqinin, o cümlədən sərhəddə yüklərin emalı vaxtının azaldılmasının vacibliyini vurğulayıb.