Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana
rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin tarixinə növbəti əhəmiyyətli səhifə kimi yazıldı.
Bu səfər sadəcə iki dövlət başçısının yüksək səviyyəli görüşü deyil, həm də Cənubi Qafqaz və
Baltikyanı regionlar arasında qurulan möhkəm körpünün daha da güclənməsinin rəmzidir.
Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan sazişlər Azərbaycan-Latviya
əməkdaşlığının gələcək onilliklərini müəyyən edən yeni perspektivlər vəd edir.
Azərbaycan və Latviya arasında diplomatik əlaqələr hər zaman qarşılıqlı hörmət,
suverenlik və beynəlxalq hüququn prinsipləri üzərində qurulub. Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən çevik, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət
nəticəsində Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin əsas və etibarlı
təminatçılarından birinə çevrilmişdir. isə Avropa İttifaqının fəal üzvü kimi Azərbaycanın Avropa
məkanında ən yaxın müttəfiqlərindən biridir. İki ölkəni yaxınlaşdıran ən mühüm amillərdən biri
hər iki xalqın öz müstəqilliyini hər şeydən əziz tutmasıdır. İstisnasız olaraq milli maraqlardan
çıxış edən Bakı və Riqa, eyni zamanda Avrasiya məkanında sülhü, təhlükəsizliyi və iqtisadi
fəallığı təşviq edən ortaq platformalarda çıxış edirlər.
Dövlət başçılarının bəyanatlarında xüsusi vurğulandığı kimi, ötən həftə Bakıda keçirilən
Birgə Hökumətlərarası Komissiyanın iclası və bu səfər çərçivəsində təşkil olunan biznes-forum
iqtisadi əlaqələrimiz üçün yeni imkanlar pəncərəsi açdı. Azərbaycanın qeyri-neft sektoruna
olan xarici investisiya marağı və Latviya şirkətlərinin yüksək texnoloji təcrübəsi qarşılıqlı
faydalı əməkdaşlıq üçün münbit şərait yaradır. Xüsusilə nəqliyyat, loqistika, kənd təsərrüfatı və
“yaşıl enerji” sahələrindəki perspektivlər ticarət dövriyyəsinin kəskin artmasına xidmət
edəcəkdir. Baltik dənizi ilə Xəzər dənizi arasındakı tranzit dəhlizlərinin optimallaşdırılması hər
iki ölkəni mühüm loqistik mərkəzə çevirir.
Səfər zamanı əldə olunan ən praktik və vətəndaşyönümlü razılaşmalardan biri hava
uçuşlarının sayının artırılması ilə bağlıdır. Bu addım sadəcə turizmin inkişafına deyil, həm də
iş adamlarının gediş-gəlişinin asanlaşmasına, dolayısı ilə iqtisadiyyatın canlanmasına birbaşa
təsir göstərəcəkdir.
Münasibətlərin humanitar ölçüsü də kifayət qədər zəngindir. Hazırda Latviyanın nüfuzlu
ali təhsil müəssisələrində 450-dən çox azərbaycanlı tələbə təhsil alır. Bu gənclər ölkələrimiz
arasında canlı bir mədəniyyət, elm və dostluq körpüsüdür. Onlar gələcəkdə iki xalqın bir-birinə
daha da yaxınlaşmasında, ortaq intellektual dəyərlərin yaradılmasında əsas hərəkətverici
qüvvə olacaqlar. Prezidentlərin qeyd etdiyi kimi, 20 ildən artıq davam edən şəxsi tanışlıq və
yüksək səviyyəli siyasi dialoq Azərbaycan-Latviya əlaqələrinin sarsılmaz təməlini təşkil edir.
İmzalanan yeni sənədlər paketi bu etimadı hüquqi müstəvidə daha da möhkəmləndirir və
əməkdaşlığın strukturunu genişləndirir.
Ümumilikdə, Edqars Rinkeviçsin Bakı səfəri Azərbaycan-Latviya münasibətlərində yeni,
daha dinamik bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Siyasi dialoq ən yüksək
zirvədədir, indi qarşıda duran əsas vəzifə bu siyasi iradəni konkret iqtisadi layihələr, qarşılıqlı
investisiyalar və texnoloji mübadilə ilə daha da dərinləşdirməkdir. Bu strateji xətt hər iki ölkə
üçün həm regional, həm də beynəlxalq səviyyədə yeni güc mərkəzləri və əlavə imkanlar
yaradacaqdır.
Fərid Ağayev,
Sabirabad RİH başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi,