“Mən ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazında mina düzən istənilən gəmini, nə qədər kiçik olmasından asılı olmayaraq, atəşə tutmaq və batırmaq əmri verdim”
1xeber.media yerli KİV istinadla xəbər verir ki,ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İranın nizami donanmasına məxsus 159 gəminin hamısı artıq dənizin dibindədir. O, boğazda mina yerləşdirilməsinə cəhd edən hər hansı su nəqliyyat vasitəsinə qarşı tərəddüdsüz güc tətbiq olunacağını vurğulayıb:
“Heç bir tərəddüd olmayacaq. Bundan əlavə, bizim mina təmizləyən gəmilərimiz hazırda boğazı minalardan təmizləyir. Mən bu işin üç qat daha intensiv şəkildə davam etdirilməsi əmrini verirəm!” - deyə prezident qeyd edib.