Вернуться назад Распечатать

İsrailin müdafiə naziri: "İrana zərbə endirmək üçün ABŞ-nin qərarını gözləyirik"

İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, ölkəsi İrana qarşı müharibəni davam etdirməyə hazırdır və bunun üçün yalnız Vaşinqtonun qərarını gözləyir.

1xeber.media Oxu.Az-a istinadla bildirir ki, bu barədə EFE agentliyi nazirin videomüraciətindən sitat gətirib.

"Biz Xamenei sülaləsinin məhvini başa çatdırmaq və İranı daş dövrünə qaytarmaq üçün ABŞ-dən "yaşıl işıq" gözləyirik", - deyə İ.Kats vurğulayıb.

O, həmçinin qeyd edib kİ, İsrail Müdafiə Ordusu həm müdafiəyə, həm də hücuma hazırdır, hədəflər müəyyən edilib.