ABŞ prezidenti Donald Tramp İranla saziş bağlamaq ehtimalından danışıb.
1xeber.media xəbər verir ki, o, bu barədə TruthSocial sosial media platformasında yazıb.
Tramp İranla sazişin şərtlərini açıqlayıb və ABŞ-ın yalnız əlverişli şərtlərlə saziş bağlayacağını vurğulayıb. O, "Saziş yalnız Amerika Birləşmiş Ştatları, müttəfiqlərimiz və həqiqətən də dünyanın qalan hissəsi üçün məqsədəuyğun və faydalı olduqda bağlanacaq", - deyə vurğulayıb.
Daha əvvəl Tramp Hörmüz boğazının gəmiçilik üçün açılmasının İranla sazişi qeyri-mümkün edəcəyini bildirmişdi. O, Tehranın əslində Hörmüz boğazını açmaq istədiyinə inanır, çünki onun bağlanması ona gündə 500 milyon dollara başa gəlir.