Вернуться назад Распечатать

Ukraynalı ekspert: Aİ-nin 90 milyard avroluq kreditinin böyük hissəsi hərbi xərclərə yönəlib

Ukraynanın müharibədə özünü təmin etmək qabiliyyətini qoruyub saxlamağın vacib amili ölkəyə maliyyə dəstəyidir, çünki Ukraynanın büdcəsi ölkənin aldığı bütün gəlirlərin hərbi xərclərə yönəldiləcəyi şəkildə qurulub. Qeyri-hərbi xərclərə gəldikdə isə sosial proqramlar əsasən xarici tərəfdaşlar üçün dəstək mənbəyidir.

Bu fikri 1xeber.media-ya Avropa İttifaqının (Aİ) 90 milyard avro dəyərində kreditin ayrılmasını şərh edərkən ukraynalı ekspert İvan Us söyləyib.

Onun sözlərinə görə, bu baxımdan Aİ-nin 2025-ci ilin dekabr ayında 90 milyard avroluq kredit təklifi Ukrayna üçün çox vacib idi. Bundan əlavə, vacib məqam odur ki, Aİ-nin ayırdığı maliyyə yardımının 30 milyard avrosu sosial ehtiyaclara, yəni birbaşa büdcəyə, 60 milyard avrosu isə ölkənin hərbi ehtiyaclarına yönəldilib.

Ekspert bildirib ki, hərbi ehtiyaclar üçün ayrılan təxminən 60 milyard avroluq ilk tranşın, yəni 10 faizin - 6 milyard avronun - yaxın gələcəkdə Ukraynaya göndəriləcəyi barədə artıq məlumatlar var.

“Başqa sözlə, pul işə düşməyə başlayır və Aİ Ukraynanı dəstəkləməkdə fəal şəkildə iştirak edir”, - deyə İvan Us əlavə edib.

Qeyd edib ki, Aİ-nin kreditində Macarıstan, Çexiya və Slovakiya öz vəsaitlərini verməsə, də qərar vetonun qoyumaması da müsbət addım kimi qiymətləndirilməlidir.