Вернуться назад Распечатать

Maduronun tutulmağına pul qoyan əsgər həbs edildi

ABŞ xüsusi təyinatlı qüvvələrinin hərbçisi həbs edilib.

1xeber.media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, əsgər Nikolas Maduronu ələ keçirmək üçün gizli missiyadan əldə edilən məlumatlardan istifadə edərək proqnoz bazarına mərc etməkdə və 400.000 dollardan çox qazanc əldə etməkdə ittiham olunur.

Onun əməliyyatdan bir az əvvəl Maduronun hakimiyyətdən uzaqlaşdırılmasına təxminən 32-33 min dollar mərc etdiyi bildirilir.

Qeyd edək ki, 3 yanvar tarixində ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat keçirərək ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Silia Floresi həbs edib və ölkədən aparıb.