Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasında
dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm
siyasi hadisədir. Bu səfər, eyni zamanda, qarşılıqlı hörmətə və etimada əsaslanan
əlaqələrimizin hazırkı səviyyəsinin yüksək olduğunu bir daha nümayiş etdirir.
Ölkələrimiz arasındakı tarixən formalaşmış dostluq ənənələri bu gün də uğurla davam
etdirilir, siyasi dialoq isə dinamik və konstruktiv xarakter daşıyır. Ötən illər ərzində ikitərəfli
əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib,
iqtisadiyyat, nəqliyyat, logistika, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq genişlənib. Bu
münasibətlərin əsasını qarşılıqlı maraqların uzlaşdırılması və xalqlarımızın rifahına xidmət
edən ortaq məqsədlər təşkil edir. Hazırda ölkələrimiz arasında əməkdaşlığın daha da
dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur. Xüsusilə enerji təhlükəsizliyi, “yaşıl enerji”,
rəqəmsal transformasiya və nəqliyyat dəhlizləri kimi sahələr qarşılıqlı fəaliyyət üçün
perspektivli istiqamətlərdir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr, o
cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları Latviyanın da maraqlarına cavab
verir və bu platformalarda əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Eyni zamanda, Avropa
İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Latviya bu
təşkilatın üzvü kimi Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin inkişafında mühüm rol
oynayır.
Bu prinsipial mövqe beynəlxalq hüquqa hörmətin bariz nümunəsi olmaqla yanaşı,
ölkələrimiz arasında siyasi etimadı daha da gücləndirir. Qarşılıqlı dəstək və həmrəylik müasir
beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət kəsb edir və Azərbaycan-Latviya
münasibətlərində bu amil aydın şəkildə özünü göstərir. Eyni zamanda, Avropa İttifaqı
çərçivəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Latviya bu
təşkilatın üzvü kimi Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin inkişafında mühüm rol
oynayır.
Səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə təkbətək və geniş
tərkibdə keçirilən görüşlərdə aparılan müzakirələr, iki ölkə arasında imzalanmış sənədlər
gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirəcək, tərəfdaşlığımıza yeni məzmun
qazandıracaq. İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud potensialdan səmərəli istifadə
etməklə Azərbaycan-Latviya dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da
uğurla inkişaf edəcək, həm ikitərəfli əsasda, həm də beynəlxalq platformalarda daha da
genişlənəcək. Bu münasibətlər regionda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə də
öz töhfəsini verəcək.
Qalib Qasımov,
"Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cənub Regional Filialının Sabirabad
şöbəsinin müdiri