Вернуться назад Распечатать

Sabirabad rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ümumdünya Məskunlaşma Günü” və “Ümumdünya Şəhərlər Günü” ilə bağlı maarifləndirici tədbir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Ümumdünya Məskunlaşma Günü” və “Ümumdünya Şəhərlər Günü” ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

1xeber.media xəbər verir ki,tədbirdə RİHB-nin birinci müavini Həsən Həsənov, RİHB-nın müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, YAP fəalları, idarə, müəssisə və təşkilatların əmək kollektivi iştirak etmişdir.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan RİHB-nin birinci müavini Həsən Həsənov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə respublikamızda keçirilməsinın əhəmiyyəti haqqında məlumat verib. Bildirib ki, bu Azərbaycanın dünyada artan beynəlxalq nüfuzunun göstəricisidir və ölkəmiz üçün əhəmiyyəti böyükdür.
Tədbirdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxışlarında BMT-nin 1985-cı ildə qəbul edilmiş müvafiq qərarına əsasən, Ümumdünya Məskunlaşma Günü hər il bir ölkədə qeyd olunmaqla hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatını təşviq edir, dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsi üzrə qlobal platforma rolunu oynayır. Bu il Ümumdünya Məskunlaşma Gününün əsas mövzusu davamlı şəhər iqtisadiyyatı və şəhərlərin tərəqqi mərkəzləri rolu ilə bağlı məsələlərin müzakirəsinə həsr ediləcəyini vurğulamışdırlar.
Daha sonra  çıxış edənlər “Şəhərsalma və Memarlıq İli” müasir şəhər mühitinin formalaşdırılması, infrastrukturun yenilənməsi və dayanıqlı inkişaf prinsiplərinin daha geniş tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmişdirlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.