Вернуться назад Распечатать

"ABŞ neft quyularına hücum edərsə..." - İran hədələdi

ABŞ İranın neft quyularına hücum edərsə, İran hücumun həyata keçirildiyi ölkənin obyektlərinə daha böyük güclə zərbə endirəcək.

1xeber.media xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Esmail Sakab İsfahani bildirib.

"Əgər neft quyularımızdan hər hansı birinə hücum edilərsə, ərazisindən hücuma məruz qaldığımız ölkələrin neft obyektlərindən biri hədəfimizə çevriləcək", - deyə İsfahani bildirib.

O vurğulayıb ki, keçmişdə İran hücumlara simmetrik cavab strategiyasına sadiq idi, lakin indi hakimiyyət düşmənin hər hansı bir səhvinə daha sərt və qətiyyətli cavab veriləcəyi barədə xəbərdarlıq edir.