Feldmarşal Asim Munirlə telefon danışığından sonra xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi İran nümayəndə heyəti bu gecə İslamabada gəlir.
1xeber.media xəbər verir ki, bunu pakistanlı tanınmış telejurnalist Kamran Xan bildirib.
O, məlumatlı mənbələrə istinadla əlavə edib ki, sabah İslamabadda Amerika nümayəndə heyətinin də olacağı gözlənilir.
Xatırladaq ki, bu gün İranın xarici işlər naziri Abbas Əraqçinin Pakistan rəsmiləri ilə telefon danışıqları olub. O, Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar, habelə Pakistan Ordusunun komandanı feldmarşal Asim Munir ilə regional inkişaflar və atəşkəslə bağlı məsələlərlə bağlı ayrı-ayrılıqda telefon danışıqları aparıb.
İran-ABŞ danışıqlarının ilk mərhələsi aprelin 11-də İslamabadda keçirilib.