Вернуться назад Распечатать

ABŞ ordusu üçün tarixi bir an qeydə alınıb

2003-cü ildən bəri ilk dəfə olaraq üç ABŞ təyyarədaşıyan gəmisi eyni vaxtda Yaxın Şərqə yerləşdirilib.

1xeber.media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) özünün X sosial media səhifəsində məlumat verib.

"Onilliklər ərzində ilk dəfə olaraq üç təyyarədaşıyan gəmi Yaxın Şərqdə eyni vaxtda fəaliyyət göstərir", - deyə paylaşımda bildirilir.

Əməliyyatda ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusundan 200-dən çox təyyarə, 12 gəmi və təxminən 15.000 şəxsi heyətlə yanaşı, USS Abraham Lincoln (CVN-72), USS Gerald R. Ford (CVN-78) və USS George H.W. Bush (CVN-77) təyyarədaşıyan gəmilərinin iştirak etdiyi bildirilir.

23 apreldə ABŞ-ın üçüncü təyyarədaşıyan gəmisi olan USS George H.W. Bush, ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına, Yaxın Şərqə gəldi. ABŞ Hərbi Dəniz Qüvvələrinin 11 aktiv təyyarədaşıyan gəmisi var.