Ukraynaya hərbi və maliyyə yardımı üçün 90 milyard avroluq Avropa Birliyi (AB) kreditinin təsdiqlənməsi Kiyevin ən çətin vəzifələrindən birinə çevrilib.
1xeber.media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiha diplomatik nazirliyin Telegram kanalında yayımlanan videoda bildirib.
"Bu, ən çətin vəzifələrdən biri idi, amma biz buna nail ola bildik", - Ukraynanın xarici işlər naziri bildirib.
Sibiha 23 apreldə Kiprdə keçirilən və Ukraynaya 90 milyard avro ayırmaq qərarının qəbul edildiyi AB Şurasının iclasını "dönüş nöqtəsi" adlandırıb. Diplomatın sözlərinə görə, Kiyev "zərbəyə tab gətirə bilib" və krediti təsdiqləmək üçün bütün diplomatik vasitələrdən istifadə edib, eyni zamanda Qərb tərəfdaşlarına yeni yanaşmalar hazırlayıb.
23 apreldə AB Şurası Rusiyaya borclu olduğu iddia edilən "təzminat"lardan istifadə edərək Kiyevə 90 milyard avroluq krediti geri qaytarmaq niyyətində olduğunu açıqlayıb. AB Şurası Kiyevə ayrılan maliyyənin Avropa və Ukrayna müdafiə sənayesinin gücləndirilməsinə töhfə verəcəyini vurğulayıb.