Вернуться назад Распечатать

Makron ABŞ-ı etibarsız müttəfiq adlandırdı

1xeber.media xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Yunanıstanın "Kathimerini" qəzetinin Afinada təşkil etdiyi müzakirə zamanı bildirib ki, ABŞ artıq əvvəlki kimi etibarlı müttəfiq deyil.

"Hamı görür ki, bir nömrəli güc olan ABŞ bəzi ölkələr üçün müttəfiq ola bilər, amma bu müttəfiq artıq o qədər də etibarlı deyil", - deyə Fransa lideri vurğulayıb.

Makronun sözlərinə görə, heç bir ölkə Vaşinqtonu "etibar edə biləcəyi müttəfiq" hesab edə bilməz.