Qərb ölkələri açıq şəkildə Rusiyaya müharibə elan ediblər.
1xeber.media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın qeyri-kommersiya təşkilatlarının rəhbərləri ilə görüşündə bildirib.
"Tariximizin müəyyən bir mərhələsində, BMT və ATƏT-in yaradılmasından və Sovet İttifaqının dağılmasından sonra Qərblə birgəyaşayış və hətta əməkdaşlıq perspektivləri bizə olduqca real görünürdü. Bütün bunlar havaya sovruldu. Bizə qarşı açıq müharibə elan edilib", - deyə o qeyd edib.
Diplomatın sözlərinə görə, Qərb Ukraynadan və Ukrayna hakimiyyətindən geosiyasi hücum vasitəsi kimi istifadə edir.
Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya öz maraqlarına əsaslanaraq Avropa Birliyinin 20-ci sanksiya paketinə sərt cavab verəcək. "Biz həmçinin cavab tədbirləri görəcəyik. Onlar sərt olacaq və maraqlarımıza uyğun olaraq hazırlanacaq və tətbiq olunacaq", - deyə o bildirib.