Ukraynada cəbhə xətti hələlik əhəmiyyətli dərəcədə dəyişmir və Rusiya yeni səfərbərlik dalğası elan etməyi planlaşdırmır.
1xeber.media xəbər verir ki, bu fikri NATO-nun Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone bildirib.
Onun sözlərinə görə, hazırda döyüş meydanında heç bir ciddi irəliləyiş yoxdur və ruslar böyük itkilər verirlər:
“Məncə, son hələ görünmür, amma onlar yenidən dalana dirəniblər. Ukrayna əsgərləri cəsarətlə müdafiəni saxlayır və bu da tərəflərin mövqelərini olduğu kimi qoruyur. Mən düşünmürəm ki, səfərbərlik olacaq”.
Avropa Birliyinin Hərbi Komitəsinin rəhbəri general Şon Klensi isə mövzu ilə bağlı qeyd edib:
O vurğulayıb ki, Avropa Birliyi Ukraynanı və xalqını dəstəkləməyə davam edəcək ki, onların müharibədə qələbəsi təmin olunsun.