Вернуться назад Распечатать

1522-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1522-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. 

1xeber.media xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 324 690 hərbçi, 11 892 ədəd tank, 24 458 ədəd zirehli döyüş maşını, 40 635 ədəd artilleriya sistemi, 1 753 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 353 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 350 ədəd helikopter, 91 422 ədəd avtomobil texnikası, 255 862 ədəd PUA, 4 549 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 136 xüsusi avadanlıq itirib.